Fransalı həkim koronavirusdan qorunmağın sirrini açdı

Fransalı həkim koronavirusdan qorunmağın sirrini açdı
Məşhur dietoloq, ən çox satılan kitabların müəllifi Pyer Dükkan klassik üsullarla koronavirusdan qorunmağın yollarından danışıb.

Miq.Az Medicina.az-a istinadla xəbər verir ki, o, hər gün C vitamini qəbul etdiyini etiraf edib.

"Vitaminin adi dozası bir qramdır. Virus intensiv dövran etdikdə və ya insanların sağlamlığına şübhə etdikdə onu iki qrama qədər artırıram".

Fransız dietoloq boğazında ağrı və ya soyuqdəymənin simptomunu müşahidə edərsə, üç qram C vitamini qəbul edir.

Bundan başqa, Dükkan soyuq havada burundan nəfəs alır ki, bu da infeksiyanı başlanğıcda dayandırmağa imkan verir. Onun sözlərinə görə, özü üçün faydalı hesab etdiyi məhsulları yeyir: zülallar, yüksək yağ tərkibli balıq, toxum və ya tərəvəzlər. Həkim karbohidrat qəbulunu məhdudlaşdırıb və sənaye baxımından işlənmiş olan hər şeydən imtina edib. Bundan əlavə, 20 ildən çoxdur ki, hər gün 25 dəqiqə qaçır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az