Fələstin yenidən İsrailə hücuma keçdi – Şəhər raket zərbələri altında

Fələstin yenidən İsrailə hücuma keçdi – Şəhər raket zərbələri altında

İsrailin Aşkelon şəhərinə raket hücumu nəticəsində ən azı altı nəfər yaralanıb, bir yaşayış binası zərər görüb.

Miq.Az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri məlumat yayıb.

"İsrailin cənubuna intensiv raket hücumları davam edir. Bu hücumlar nəticəsində Aşkelondakı yaşayış binası zərər görüb, altı mülki şəxs yaralanıb”, - açıqlamada qeyd edilib.

Son bir sutka ərzində Qəzza zolağından Fələstin tərəfindən İsrailə 150-ə yaxın raketin atıldığı, onlardan çoxunun "Dəmir Günbəz” müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi bildirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az