Etibar Muradxanlının yeni çapdan çıxmış “İlin beşinci fəsli” kitabının təqdimatı

Etibar Muradxanlının yeni çapdan çıxmış “İlin beşinci fəsli” kitabının təqdimatı


29 sentyabr 2022-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış yazıçı Etibar Muradxanlının yeni çapdan çıxmış "İlin beşinci fəsli” kitabının təqdimatı keçirilmişdir.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, ədəbiyyatşünas alim Nizami Cəfərov, yazıçı, millət vəkili Aqil Abbas, millət vəkili İqbal Məmmədov, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, görkəmli şair-publisist Ağacəfər Həsənli, Hərbiçi, polkovnik, yazıçı Abdulla Qurbani və bir çox digər yazar və tanınmış şəxslər çıxış edərək kitab haqqında öz mülahizələrini və fikirlərini bildirmişlər. Təqdimatda Azərbaycan Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Elman Quliyev, Azərbaycan Yazıçılarının görkəmli nümayəndələrindən Əliabbas Bağırsoy, Aslan Quliyev, və bir çox yazıçı, şair və publisistlər, şəhid ailələri, qazilər və hərbiçilər iştirak etmişlər. Romanın qəhrəmanlarından Şəhid kapitan Ülvi Hüseynovun, Xüsusi təyinatlı Şəhid baş leytenant, Azərbaycan Bayrağı ordenli Əliqismət Yaqublunun, Şəhid Səid Rəşidzadənin və bir-neçə digər Şəhidinlərimizin valideynləri və ailələri iştirak etmişlər. Şəhid kapitan Ülvi Hüseynovun atası və Şəhid baş leytenant Əliqismət Yaqublunun atası Mükafat Yaqubov da çıxış edərək Şəhid oğullarının qəhrəmanlıqları barədə kitab yazaraq adlarını əbədiləşdirdiyi üçün görkəmli yazıçı Etibar Muradxanlıya təşəkkür etmişlər. 

Təqdimat mərasimini istedadlı yazar və tənqidçi Əsəd Cahangir idarə etmişdir.

Tanınmış yazıçı Etibar Muradxanlının sənədlər və faktlara əsaslanan, əsgər və zabitlərimizin vətənpərvərlik və qəhrəmanlığını  inandırıcı, təsirli döyüş səhnələri vasitəsilə əks etdirən  "İlin beşinci fəsli” romanı Şuşanın və işğal olunmuş digər ərazilərimizin düşməndən azad edilməsinə həsr olunub. Birinci Qarabağ müharibəsindən bəhs edən "Siz mühasirədəsiniz, leytenant” və "Tələbə taqımı”ndan sonra bu, müəllifin müharibə mövzusunda üçüncü kitabıdır. 

"İlin beşinci fəsli” əsəri İkinci Qarabağ müharibəsi haqqında Azərbaycan ədəbiyyatında ilk romandır. Onuda qeyd edək ki, " İlin beşinci fəsli" sənədli bədii romanı " Ziyadar" mükafatına layiq görülmüşdür. Mükafatı istedadlı yazar Zaur USTAC  elə təqdimat mərasimində Etibar Muradxanlıya təqdim etmişdir.





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az