Ermənistan Zəngəzur və Göyçə gölünü də Azərbaycana təhvil verə bilər... - Erməni politoloqdan SENSASİON AÇIQLAMA

Ermənistan Zəngəzur və Göyçə gölünü də Azərbaycana təhvil verə bilər... - Erməni politoloqdan SENSASİON AÇIQLAMA

"Mehri üzərindən yolların açılması Ermənistan üçün də çox vacibdir".

Avropa.info xəbər verir ki, bunu Ermənistan mediasına açıqlamasında politoloq Stepan Danielyan deyib. Erməni politoloq Azərbaycanla Ermənistan arasında nəqliyyat dəhlizinin açılmasının vacib olduğunu, belə bir şəraitdə regional geosiyasi quruluşun da dəyişəcəyini bildirib.

"Bu Ermənistanda hökumətin hansı xarici və daxili siyasət aparacağına da bağlıdır. Çünki bu şəkildə regional geosiyasi quruluş da dəyişir, şimal-cənub hissəsi Ermənistan üçün çox vacibdir. Gürcüstanın rabitədəki rolu da azalır. Əsas məsələ Ermənistanın nə cür bir hökumətə sahib olmasıdır. İndiki şəraitdə Ermənistan Süniki (Zəngəzur:red) və Sevan (Göyçə:red) gölünü də Azərbaycana təhvil verə bilər", deyə Daneliyan qeyd edib.

Stepan Daneliyan

Erməni politoloq müharibənin yenidən başlayacağına inanmadığını deyib.

"Düşünmürəm ki, indi yenidən müharibəyə başlaya bilər, lakin Azərbaycan Qarabağda və sərhəddə bəzi üstünlüklərə sahib olacaq", deyə Daneliyan qeyd edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az