“Ermənistan və Azərbaycan arasında münaqişənin həlli üçün KTMT-dən istifadə müzakirə edilir”

“Ermənistan və Azərbaycan arasında münaqişənin həlli üçün KTMT-dən istifadə müzakirə edilir”

"Ermənistan və Azərbaycan arasında münaqişənin həlli üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidəçilərindən istifadə imkanları müzakirə olunur”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin bugünkü iclasındakı çıxışında bildirib.

Lavrov MDB ölkələrinin dəstəyinə ehtiyac duyulacağını da deyib.

"Biz Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı sazişlərin həyata keçirilməsi, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün əlverişli şəraitin yaradılmasına kömək etmək üçün KTMT müşahidəçilərindən istifadə imkanlarını müzakirə edirik. Sentyabrın 13-nə keçən gecə Ermənistanla Azərbaycan sərhədində vəziyyət gərginləşib. Eskalasiya zamanı Ermənistan 105 nəfər itirib. Azərbaycanda 71 hərbçi həlak olub. Bakı və İrəvan əvvəllər Rusiyanın vasitəçiliyi ilə Moskva vaxtı ilə saat 9.00-dan atəşkəs barədə razılığa gələ bilsələr də, sentyabrın 14-də yenidən atəş başlayıb”, – Lavrov qeyd edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az