Ermənistan qocaları orduya yığır – 63-ə qaldırıldı

Ermənistan qocaları orduya yığır – 63-ə qaldırıldı

44 günlük Vətən müharibəsində Ermənistan ordusunun verdiyi ağır itkinin nəticələri özünü getdikcə daha qabarıq göstərməkdədir.

Miq.Az xəbər verir ki, Vətən müharibəsindən sonra ölkəni tərk edənlərin sayının artması, gənclərin nümayişkaranə şəkildə orduya getməkdən imtina etməsi və demoqrafik göstəricilərin daha da pisləşməsi erməni ordusunu şəxsi heyət çatışmazlığı ilə üz-üzə qoyub. Hətta Ermənistan sərhədlərinin tam şəkildə Rusiya Sərhəd Xidmətinə verilməsi belə bu boşluğu doldurmağa kifayət etmir.

Vəziyyətdən çıxmaq üçün Çiçəklənən Ermənistan fraksiyası parlamentə "Hərbi xidmət və hərbçinin statusu haqqında” qanun layihəsi təqdim edib. Layihə artıq ikinci və sonuncu oxunuşdan da keçib.

Qanun layihəsinə əsasən, muzdlu hərbçilərin erməni ordusunda xidmət yaşı 50-dən 63 yaşa qaldırılıb.

Ermənistan Müdafiə Nazirliyi də qanuna düzəlişə müsbət rəy verib.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az