Ermənistan ordusunun itkiləri - YENİ RƏQƏMLƏR

Ermənistan ordusunun itkiləri - YENİ RƏQƏMLƏR

Ermənistan ordusu noyabrın 11-dən bəri 66 hərbi qulluqçusunu itirib.
 
Miq.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlardan 24-ü Azərbaycana qarşı təxribat-diversiya cəhdləri zamanı və mina partlayışları zamanı ölüb.
 
Bundan başqa, daha 42 qeyri-döyüş itkisi – intihar, xəstəlik, avtomobil qəzası və silahla davranış qaydalarının pozulması kimi hallar qeydə alınıb.
 
Bu müddətdə daha 3 erməni hərbçisi də itkin düşmüş sayılır. Onlar biri – çağırışçı Norik Mkrtçyan Basarkeçərdəki hərbi hissəni özbaşına tərk edib. İyulun 14-də isə Qaragöl yaxınlığındakı mövqedə A.Nalbandyan və A.Torosyan itkin düşüblər. Onların taleyi barədə bu günə qədər məlumat yoxdur.(modern.az)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az