Ermənilərdən əsir iddiası - İmtina edib indi də...

Ermənilərdən əsir iddiası - İmtina edib indi də...

Erməni tərəfi iddia edir ki, 44 günlük müharibə zamanı 60 hərbçi əsir düşüb, 40 mülki vətəndaş isə itkindir.

Miq.Az erməni mediasına istinadla xəbər verir ki, bu iddia ilə özünün ombudsman kimi təqdim edən separatçı Atak Beqlaryan özünün Feysbuk səhifəsində qeyd edib.

Onun sözlərinə görə, video görüntülərdən və digər imkanlar hesabına 60 hərbi qulluqçunun varlığını müəyyən etmək mümkün olub.

Xatırladaq ki, Azərbaycan tərəfi əsirləri Ermənistana təhvil versə də, bundan imtina etmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev Twitter hesabında qeyd etmişdi ki, həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) dəfələrlə müraciət etsə də, erməni tərəfi imtina edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az