Erməni terrorçunun Laçının girişindəki tablosu, nəhayət, söküldü…-FOTOLAR

Erməni terrorçunun Laçının girişindəki tablosu, nəhayət, söküldü…-FOTOLAR

"Fəqət, Xankəndi şəhərinin girişində hazırda Ukraynada açıq işğal, terror və soyqırımla məşğul olan Rusiya prezidenti V.Putinin böyük potrreti hələ də yerindədir...”
 
Azərbaycan Respublikasının müvəqqəti(!) olaraq Rusiya "sülhməramlı” kontingentinin nəzarətində qalan Laçın şəhərinin girişində erməni terrorçu Monte Melkonyanın üzdəniraq portreti sökülüb.
 
Moderator.az xəbər verir ki, bu haqda məlumat və foto-görüntünü "Facebook”da  laçınlı fəal Nicat Nağdalı paylaşıb.
 
Erməni terrorçunun portretinin Rusiya hərbçiləri, yoxsa son aylar Şuşa-Laçın-Zabux marşrutuyla mütəmadi hərəkət edən Azərbaycan hərbçiləri tərəfindən söküldüyü barədə dəqiq məlumatımız yoxdur.  Hər halda 23 aprel 2022-ci il tarixində çəkilmiş fotodan bəlli olur ki, tablo əvvəlki yerində yoxdur...
 

Moderator.az Laçın rayonunun Laçın şəhəri və ətraf bir neçə kənd istisna olmaqla azad edilməsindən(1 dekabr 2020-ci il) bir müddət sonra sözügedən erməni terrorçusunun tablosunun hələ də şəhərin girişində qalması haqda məlumat vermişdi.
 
Görünür, məhz Azərbaycan hərbçilərinin dəfələrlə xəbərdarlığından sonra Rusiya "sülhməramlı”larının komandanlığı minlərlə soydaşımızın və bundan öncə türk diplomatlarının qanına bais olmuş dünya miqyaslı terrorçunun tablosunun Azərbaycan şəhərinin girişindən yığışdırılmasına qərar veriblər...
 

P.S. Fəqət, Rusiya "sülhməramlı”larının "qucağında”kı separatçı-terrorçu  erməni xuntasının nəzarətində qalan Xankəndi şəhərinin girişində hazırda Ukraynada açıq işğal, terror və soyqırımla məşğul olan Rusiya prezidenti V.Putinin böyük tablosu hələ də yerindədir...
 
Sultan Laçın 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az