Əliyev düz deyir, o vaxt da xəbərdar etmişdi - Mnatsakanyan

Əliyev düz deyir, o vaxt da xəbərdar etmişdi - Mnatsakanyan

Azərbaycan Prezidentinin "Zəngəzur dəhlizinin açılacağı tarixi elan edin, problem olmasın” deməsi Ermənistanda böyük rezonansa səbəb olub. Artıq Ermənistan ictimayəti anlamağa başlayır ki, Əliyevin dediklərinə diqqət yetirmək gərəkdir. Yəni Azərbaycan Prezidenti 44 günlük müharibədən öncə də bizə şans vermişdi, Ermənistana xəbərdarlıq etmişdi. Sonda hər şey onun dediyi kimi də oldu...

Miq.Az xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Romella Mnatsakanyan bölüşüb.

"Çoxları Əliyevin Quba sakinləri ilə görüşündə dediklərini Ermənistana təhdid kimi qələmə alır. Yəni ki, dəhlizi açın, yoxsa sizi yeni müharibə gözləyir. Məyusluqla boynumuza almalıyıq ki, Azərbaycan lideri bu dəfə də düz deyir. Gərək boynumuza öhdəlik götürməzdik. Əgər götürmüşüksə, Bakı sakitləşən deyil. Bakı bizi bunu etməyə məcbur edəcək, dünya ictimayəti isə növbəti dəfə kənardan baxıb susacaq. Niyə? Çünki Bakı siyasi müstəvidə də işlərini düz aparıb – razılaşmalar var və bu sənədlərin altında İrəvanın imzası dayanır”, - deyə erməni ekspert qeyd edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az