"Əlbəttə, Şuşa qəsdən təslim edildi; bəli, əsas xain odur...”



Ermənistanın baş naziri vəzifəsini icra edən, "Vətəndaş müqaviləsi" blokundan baş nazirliyə namizəd Nikol Paşinyan Lori vilayətinin  sakinləri ilə görüşündə   işğalçı ölkənin terrorçu eks- prezidenti, "Ermənistan" blokundan baş nazirliyə namizədi Robert Köçəryanın Şuşanın qəsdən təslim edilməsi haqda şübhələrinə münasibət bildirib.
 
Moderator.az  xəbər verir ki,  bu haqda erməni mediası məlumat yayıb. 
 
Paşinyana görə, bir çoxları, o cümlədən Ermənistan daxilində olanlar, erməni tərəfinin son müharibədə qalib gəlməməsi üçün mümkün olan hər şeyi ediblər.
 
"Əlbəttə, Şuşa qəsdən təslim edildi. Çünki Şuşanı müdafiə etmək əvəzinə sizlər hücum etmək üçün Respublika Meydanındakı hökumət binasını mühasirəyə aldınız. Bəs niyə Şuşanın təslim olmasını gözlədiniz?" – deyə Nikol Paşinyan sual edib.
 
Paşinyan əlavə edib ki, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan Şuşanın təslim olma əmrini kimin verdiyini söyləməlidir. "Yəni mən də əmr verdim, o da?" -  deyən Nikol  seçicilərdən birinin əsas xainin  icraçının olması iradına cavab olaraq söyləyib: "Bəli, əsas xain odur".
 
Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az