Əbülfəs Qarayevin iranlı kürəkəni direktorluqdan getdi

Əbülfəs Qarayevin iranlı kürəkəni direktorluqdan getdi
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin kürəkəni Şahriar Maleki Green Farm Azərbaycan MMC-nin (VÖEN-1700495641) rəhbərliyindən gedib.

Axar.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Mətləb Musayev Şahriar Malekinin yerinə Green Farm Azərbaycan MMC-yə yeni direktor təyin olunub.
Qeyd edək ki, əslən İrandan olan Böyük Britaniya vətəndaşı Şahriar Maleki 02.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınan Green Farm Azərbaycan MMC-nin qanuni təmsilçisidir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Green Farm Azərbaycan MMC-yə 2017-ci ilin mayında Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən 5 min hektar torpaq sahəsi ayrılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az