"Döyüşlərdə öldürülən bir erməni belə Qarabağda basdırılmayıb" – "Artsax ordusu" yerli-dibli yoxa çıxıb


Ermənistanın Baş nazir əvəzi, Nikol Paşinyan dünən İctimai Televiziyada keçirilən debatda bidlrirb ki, ölkəsi İkinci Qarabağ müharibəsində 3 min 705 hərbçisini itirib, 268 nəfər itkin düşüb.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 60 erməni əsirin olması təsdiqlənib. Amma 110 nəfərin əsirlikdə olması versiyası da mövcuddur. 

"Bu müddət ərzində 89 nəfər qaytarılıb. Onlardan 6-sı müharibədən qabaq əsir götürülüb. Onu da qeyd edim ki, 1994-cü ildən Ermənistandan itkin düşənlərin sayı 395 nəfərdir”, – Paşinyan deyib.

Ölkənin üçüncü prezidenti, uşaq qatili Serj Sarkisyan seçki kampaniyası dövründə deyib ki, apreldə hökumətə 1064 nəfərin itkin düşməsi haqda məlumat verilib, amma parlamentdə 321 nəfərin itkin olduğu açıqlanıb. Bundan əvvəl də Sarkisyan hakimiyyəti müharibədə verilən itkilərin sayını azaltmaqda ittiham edib. Eks-prezident müharibədə 5 mindən artıq hərbçinin öldürldüyünü vurğulayıb.

Ermənistanın İstintaq Komitəsi isə bəyan edib ki, ölkədə itkin düşmüş hərbçilərin və mülki şəxslərin sayı 275 nəfərdir.

İtkilərin sayı ilə bağlı çəkişmələrdə maraqlı paradokslar var. Məsələn, müharibədən əvvəl Ermənistanın rəsmi mövqeyi bundan ibarət idi ki, Azərbaycan ərazilərini ""artsax"ın müdafiə ordusu" tərəfindən tutulub. Belə təqdim olunurdu ki, guya münaqişə Ermənistanla deyil, qondarma separatçı qurumla Azərbaycan arasında gedir, İrəvan isə onu hərbi, siyasi cəhətdən dəstəkləyir.

Amma 44 günlük müharibədə biabırçı məğlubiyyətdən sonra ""artsax" ordusu" yerli-dibli yoxa çıxıb. Əgər belə bir ordu vardısa, məntiqlə onun itkiləri, yaralı və itkin sayları açıqlanmalı idi. Belə bri açıqlama, statistika yoxdur, ümumiyyətlər separatçıların "ordu" adlandırdıqları silahl dəstələrin rəhbərliyi də qeybə çəkilib.

 

İndi sual yaranır, Paşinyanın açıqladığı rəqəmlərə ""atsax"ın müdafiə ordsunun" itkiləri də daxildirmi?

Hərbi ekspert Ədalət Verdiyev "AzPolitika.info"-ya bildirib ki, separatçı qurum nəinki, belə bir açıqlama verib, ümumiyyətlə müharibədən sonra onun hərbi strukturları ortaya çıxmayıb: "Paşinyanın dediyi rəqəmlər Ermənistan ordusunun öldürülən hərbçilərinin ümumi sayını əhatə edir. Amma burada itkinlərin sayı ilə bağlı fərqli rəqəmlər də səsləndirilir. Bəzi ekspertlər və müxalifət liderləri itkin sayılan hərbçilərin 1400 nəfərdən artıq olduğunu bildirirlər. Məlumdur ki, ölənlərin şəxsiyyətini dəqiqləşdirmək üçün DNK analizləri aparılır, Qarabağdakı ermənilərin buna texniki, tibbi imkanları yoxdur, ona görə, bütün cəsədlərin qalıqlarını yığıb İrəvana aparıblar. Orada da ekspertiza imkanları məhduddur və ləng gedir. Ona görə, itkilərin dəqiq sayını müəyyən etmək çətindir. Bir faktı da nəzərə almaq lazımdır ki, öldürülən çoxlu sayda erməni hərbçisindən ümumiyyətlə heç bir iz qalmayıb".

Hərbi ekspert maraqlı məqama da toxundu: "Bilirsiz, döyüşlərdə öldürülən bir erməni belə Qarabağ torpağında basdırılmayıb, hamsını yığıb İrəvana aparıblar. Bu da ondan xəbər verir ki, Qarabağın bir hissəsində müvəqqəti olduqlarını anlayıblar. Bilirlər ki, çox çəkməyəcək, oradan da gedəcəklər".

"AzPolitika.info" 






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az