Dövlət qurumu 240 minə ofis icarəyə götürür - Ofisin sahibi kimdir?

Dövlət qurumu 240 minə ofis icarəyə götürür - Ofisin sahibi kimdir?
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
 
Xəbəri "Yeniavaz.com" yayıb.

Bildirilir ki, DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirib.

Müsabiqənin qalibi Hüseynova Almaz Hacı qızı (VÖEN – 1307950442) olub. 

DSMF Hüseynova Almaz Hacı qızına məxsus 2200 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürür. 

DSMF icarə haqqı olaraq Hüseynova Almaz Hacı qızına 240 min 702 manat (ayda 26 min 744 manat) ödəyəcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az