“Düşməni darmadağın etməyə hazırıq”- Kim Çen In Putinə cavab göndərdi

“Düşməni darmadağın etməyə hazırıq”- Kim Çen In Putinə cavab göndərdi
Şimali Koreya (KXDR) lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinin Koreyanın Qurtuluş Günü münasibətilə ona ünvanladığı teleqrama cavab göndərib.

Azpost.info xəbər verir ki, bu barədə Şimali Koreyanın "Mərkəzi Teleqraf Agentliyi” məlumat yayıb.

"Koreyanın azadlığı uğrunda mübarizədə Qırmızı Ordunun igid əsgərləri öz qanlarını və canlarını əsirgəməyib. Onların şücaət və xidmətləri Koreya xalqının yaddaşında diqqətlə saxlanılır”, – Kim Çen In bildirib.

KXDR lideri qeyd edib ki, Yaponiyaya qarşı müharibədə ortaq düşmənlə vuruşduğu günlərdə bərkimiş Koreya-Rusiya dostluğu zaman keçdikcə möhkəmlənir və inkişaf edir: "Bu gün Pxenyanla Moskva arasında strateji-taktiki əməkdaşlıq, dəstək və həmrəylik hərbi təhlükə və təxribatı, düşmən qüvvələrin özbaşınalığını və iradəsini darmadağın etmək üçün ümumi cəbhədə yeni səviyyəyə yüksəlir”.

Kim Çen In KXDR və Rusiya arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənəcəyinə və hər iki ölkə xalqlarının firavanlığına və rifahına töhfə verəcəyinə əminliyini də ifadə edib.

Qeyd edək ki, Putin Koreyanın Qurtuluş Günü münasibətilə Kim Çen Ina təbrik teleqramı göndərib və orada ikitərəfli əlaqələrin qurulmasına əminliyini bildirib.

Koreyanın KXDR və Koreya Respublikasına bölünməsi 1945-ci ildə, ona qədər Koreyanı idarə edən Yaponiyanın İkinci Dünya müharibəsində məğlub olmasından sonra baş verib. Beş il sonra Koreya müharibəsi başlayıb və 1953-cü ildə atəşkəslə başa çatıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az