Dünya bazarlarında qızılın qiyməti tədricən azalacaq - PROQNOZ

Dünya bazarlarında qızılın qiyməti tədricən azalacaq - PROQNOZ
Dünya Bankı 2022-ci il üçün qızılın qlobal orta qiyməti üzrə proqnozlarını endirib, 2023-cü il üçün isə proqnozunu dəyişməyib.

Bu barədə "APA-Economics” Dünya Bankı əmtəə bazarları ilə bağlı növbəti hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, 2022-ci ildə qızılın orta qiymətinin bir troya unsiyası üçün 1 775 dollar səviyyəsində olacağı ehtimal olunur, bu da öncəki proqnoz göstəricisindən 105 bənd azdır. Bankın mütəxəssisləri gələn il bu göstəricinin 1 700 dollar, 2024-cü ildə isə 1 650 dollar olacağını proqnozlaşdırırlar.

Bununla yanaşı, Dünya Bankı 2022-2023-cü illər üçün gümüşün orta qiyməti üzrə proqnozunu endirib. Belə ki, 2022-ci ildə gümüşün bir troya unsiyasının qiymətinin 21,3 dollar (öncəki proqnoz göstəricidən 2,9 bənd azdır), 2023-cü ildə isə 21 dollar (öncəki proqnozdan 1,5 bənd aşağıdır) olacağı ehtimal olunur.

Qeyd olunur ki, 2024-cü ildə gümüşün orta qiyməti 2023-cü illə müqayisədə dəyişməyəcək və 21 dollar təşkil edəcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az