“Deyirlər, Araik Putinlə gizli görüşüb, tezliklə Rusiya pasportları veriləcək və s....”

“Deyirlər, Araik Putinlə gizli görüşüb, tezliklə Rusiya pasportları veriləcək və s....”

"Hamı yalnız siyasətdən danışır.  Paşinyanın anasını söyürlər...”

"Adamlar "dövlət”dən 68 min dram (təxm. 217 manat- S.L.) alır və çoxları bundan məmnundur. 100-150 min dramlıq (təxm. 318-477 manat) maaş yaxşı hesab olunur. Ordudakı kimi 300 min dramlıq (təxm. 953 manat) əməkhaqqı yalnız  xəyal olunacaq  bir şey sayılır. Sadəcə, "dövlət” sektorundan kənar bir iş yoxdur.  Pulsuz mənzil və digər vədlərə, əsasən tikinti prosesi zamanı adi oğurluq, qohumluq və korrupsiya hekayələri səbəbindən xüsusi bir inam yoxdur...”
 

Moderator.az xəbər verir ki,  bu sətirlər Ermənistanın Vatikandakı keçmiş səfiri, terrorçu eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın özünün teleqram-kanalında  təqdim etdiyi yaxın bir dostunun  Qarabağ səfərindən sonra ona yazdığı məktubdandır.
 
"Hamı yalnız siyasətdən danışır. Mövzunu dəyişdirməyə çalışsan da,  hər şey yenə siyasətə qayıdır. Nikolun (Paşinyanın-S.L.) anasını söyürlər. Bizi (Ermənistandakı erməniləri –S.L.) onu hakimiyyətə gətirdiyimizə və qova bilmədiyimizə görə günahlandırırlar. Araik haqqında susurlar. Ola bilsin, mənimlə - Ermənistandan olan bir yad adamla, ya da başqa bir səbəbdən onu müzakirə etmək istəmirlər. Sülhməramlılara ümid bəsləyirlər. Tezliklə Rusiya pasportlarının verilməyə başlayacağı, Qarabağda bir rus bazası qurulacağı, Putinin Araiklə gizli görüşməsi və bunlara bənzər çox sayda tamamilə inanılmaz konspiroloji şayiələr gəzir. Hər zamanki kimi hər kəs hansısa bir "əmi”nin tezliklə bütün problemləri (yaxşı olar ki, özlərinin birbaşa iştirakı olmadan) mütləq həll edəcəyinə ümid edirlər...
 
Bir sözlə, qısa desək, Artsaxın tamamilə itirildiyini hiss edirəm...” –deyə  Yuxarı Qarabağdan yenicə qayıtmış erməni M.Minasyana məktubunun davamında yazır.
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az