Dərmanın qiymətini bir gündə ikiqat artırırlar – Deputat

Dərmanın qiymətini bir gündə ikiqat artırırlar – Deputat

Qiymətlər günü-gündən artır. Dünən bir dərman alırsan, bu gün görürsən ki, həmin dərmanın qiyməti iki qatına çıxıb.

 Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.

 Dərmanların bahalaşmasından şikayətlənən deputat dövlət qurumlarını bunun qarşısını almağa çağırıb:

 "Bunun qarşısını almaq lazımdır. Mənim təklifim budur ki, bəzi dövlət qurumlarını bura dəvət etməliyik. Onlardan soruşmaq lazımdır ki, fikirləri nədir, nə etmək istəyirlər? Onlar hara baxırlar, Səhiyyə Nazirliyinə dərman qiymətinin artımı ilə bağlı zəng edirsən, deyirlər ki, bu işə Tarif Şurası baxır. İndi biz bununla bağlı kimə müraciət etməliyik?”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az