Deputatın ailəsi dağıntılar altında qaldı
Türkiyənin Ədalət və İnkişaf Partiyasının deputatı Hüseyn Yaymanın ailəsi zəlzələ nəticəsində dağıntılar altında qalıb.
Bu barədə Hüseyn Yayman özü məlumat yayıb.
Onun sözlərinə görə, iki qardaşı, onların həyat yoldaşları, bacısı və onun həyat yoldaşı, övladları dağıntılar altındadır.
Yayman Hatayda zəlzələnin çox şiddətli olduğunu vurğulayıb.