Culfa gömrüyündə birbırçılıq
Naxçıvanda Culfa gömrük-leçid məntəqəsinin gömrükçüləri vətəndaşlara öz mallarını arabayla daşımağa icazə vermir.
Miq.Az xəbər verir ki, bu barədə əslən Naxçıvandan olan ekspert Heydər Oğuz görüntülər yayıb.
O bildirib ki, buna görə vətəndaş məcbur qalıb malları belinə yükləyərək sərhəddən keçirir:
"Ən əsası bu cür qürurqırıcı hadisələr Azərbaycana şir quyruğu göstərən İranın gözü qarşısında baş verir”.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi açıqlama verməyib.