Bu qələbə asan gəlmədi başa
Adil Həmid 07.12.1967 ci ildə Kəlbəcər rayonunda anadan olub. M.F Axundov adına Pedaqoji Universiteti fərqlənmə diplomu ilə bitirib. Orta məktəbdə direktor müavini işləyir. MnSK-sədridir. 3 almanaxda və dövri mətbuatda şeirləri dərc olunub. 2 kitabın müəllifidir. ("Təmənmmasız sevgi yoxmuş" və "Nəcəfalılara gedən yol") Ailəlidir.
Bir şanlı tarixə döndü olanlar;
Nişanlı gözləyən gözəl sonalar,
Oğul toylarına həsrət analar,
Şəhid xəbərinə oynadı qoşa.
Bu qələbə asan gəlmədi başa.
Yaralı dostunu atmadı darda.
Qalxdı zirvələrə boranda, qarda.
Üzbəüz döyüş də oldu arada.
Birlik ordumuzu gətirdi cuşa.
Bu qələbə asan gəlmədi başa.
Körpəsinə məzar qazdı əliylə
Oğlunu döyüşə yazdı diliylə.
Qurbanlar kəsildi şəhid ünüylə
Çox arzu-istəklər toxundu daşa.
Bu qələbə asan gəlmədi başa.
Füzuli, Cəbrayıl,Qubadlı başda.
Zəngilan, Xocalı, Xocavənd Şuşa.
Ağdam, Kəlbəcər Laçınla qoşa.
Baxdınmı sevincdən axan göz yaşa ?!
Bu qələbə asan gəlmədi başa.
Çox keçdi həsrətlə fəsillər, aylar.
Polad biləklərdə sıxıldı yaylar.
"İti qovan kimi” qovuldu haylar.
Ali Baş Komandan gəldi alqışa.
Bu qələbə asan gəlmədi başa.
Unutma zəfəri yenilməz millət.
Bəd niyyət düşməndə bəd olur xislət
Qoy çatsın dünyaya əsl həqiqət.
Yazılsın biryolluq qanla yaddaşa.
Bu qələbə asan gəlmədi başa.
Şükr olsun Allaha, daddıq sevinci.
Qarabağ dünyada nadir bir inci.
Bu bəla, bu kədər olsun sonuncu.
Yaşa, Prezidentim, Səni min yaşa!
Sənki qələbəni gətirdin başa!
Adil Həmid, şair- publisist