Bu qanun layihəsi ilə bağlı dinləmə təxirə salındı

Bu qanun layihəsi ilə bağlı dinləmə təxirə salındı

Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan ictimai dinləmə təxirə salınıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə hazırlanan "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ölkəmizdə dövlət qeydiyyatına alınmış siyasi partiyalardan yeni təkliflər daxil olmaqdadır və qanun layihəsi üzərində iş davam edir.

Bundan başqa, Milli Məclisin müraciəti əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai rəy sorğusunun həyata keçirilməsi nəzərdə tutulur. Bütün bunları nəzərə alaraq, Milli Məclisdə bu layihə ilə bağlı sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan ictimai dinləmə təxirə salınıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az