Bu əməliyyat qəfil başlaya bilər - Ərdoğan

Bu əməliyyat qəfil başlaya bilər - Ərdoğan

Türkiyə Suriyanın şimalında hərbi əməliyyat üzərində işləyir, hər şey qəfildən başlaya bilər.

Miq.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu mövzuda bir açıqlamam var: bir gecə qəfil gələ bilərik. Təlaşa ehtiyac yoxdur. Tələsmək lazım deyil. Biz artıq bu sahədə işləyirik. Bildiyiniz kimi, bir tərəfdən İraqın şimalında əməliyyatlarımız var, digər tərəfdən də Afrində, Suriyanın şimalında. Bir az da səbir göstərsək, zamanı gələndə əməliyyatları keçirəcəyik”, - o bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az