Bir qrup erməni İrəvandan Laçın dəhlizinə yürüşə başlayıb

Bir qrup erməni İrəvandan Laçın dəhlizinə yürüşə başlayıb

Dünən Xankəndidə keçirilən "mitinq”dən sonra İrəvandakı ermənilər də qaza gəliblər. JAMAZ.İNFO xəbər verir ki, bərk həvəslənən ermənilər Laçın dəhlizinə doğru yürüş keçirmək, orada rus sülhməramlılarla danışıqlar apararaq, Xankəndinə getməyi planlaşdırırlar.

"Hraparak” qəzetinə açıqlama verən yürüşün təşkilatçısı Samvel Movsisyan bildirib ki, ilk olaraq Gorusa gedərək, oradakı Qarabağdan olan uşqalarla görüşəcəklər. "Məqsədimiz həmin uşaqlara hədiyyələr verməkdir”.

Bunun ardından isə Laçın dəhlizinə gedərək, orada rus hərbçilərlə danışmaq niyyətində olduqlarını da deyiblər. "Ruslarla danışacağıq. Laçın dəhlizi ilə Xankəndinə getməyə çalışacağıq”.

Qeyd edək ki, ermənilərin belə addım atmalarının əsas məqsədi özlərini "sülh tərəfdarı” kimi göstərməkdir. Guya, onlar bununla dəhlizin açılmasını, Azərbaycanın dəhlizi zorla bağladığı barədə təsəvvür yaratmağa çalışırlar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az