Bir general sərəncama götürüldü, ikisinin yerinə rəis əvəzi təyin edildi

Bir general sərəncama götürüldü, ikisinin yerinə rəis əvəzi təyin edildi

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov iki generalın yerinə müavinlərini rəis əvəzi təyin edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Şahin Bağırov oktyabrın 1-də səhhəti ilə əlaqədar uzun müddətdir işə çıxmayan Baş Gömrük Mühafizə Xidmətinin rəisi, gömrük xidməti general-mayoru Ələkbərov İsmayıl Ağaqulu oğlunun sərəncama götürülməsi barədə əmr imzalayıb.

Baş Gömrük Mühafizə Xidməti rəisinin birinci müavini, polkovnik Sabir İsmayılov Xidmətə rəis əvəzi təyin olunub.

Şahin Bağırov digər əmrlə Mübariz Mustafayevi Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinə rəis əvəzi təyin edib.

Qeyd edək ki, Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisi, general-mayor Bəhruz Quliyev bu ilin avqust ayında DGK-nın sədr müavini təyin edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az