Bəşəriyyətin İnsanlıq və Yerin coğrafi okeanlarının Qəvvası – Mübariz Mənsimov!

Bəşəriyyətin İnsanlıq və Yerin coğrafi okeanlarının Qəvvası – Mübariz Mənsimov!

Adətən, BELƏ SEÇİLMİŞLƏRdən yazanda müxtəlif dönəmlərdə müxtəlif reaksiyalar, rəylər, qənaətlər olur!

Elə dönəmlər olur ki, yazırsan, deyirlər yaltaqlanır! – həqiqətən də düz deyirlər!

Elə dönəmlər olur ki, yazırsan, tənqid edirsən, deyirlər pul qoparmaq istəyir! – həqiqətən də düz deyirlər!

Elə dönəmlər olur ki, yazırsan, deyirlər küçüklərini hürdürürlər! – həqiqətən də düz deyirlər!

Elə dönəmlər də olur ki, yazırsan... hətta bəyənən olmur və düz də... eləmirlər!

Çünki o məqamda yazdığın məhvərindən oynatmaq üçün yaradılmış süni zəlzələyə, sunamiyə-qasırğaya, tornadoya görə olur! İstəyirsən ki, SOS verəsən, səfərbər edəsən!

Qoşulmurlar ona görə ki, Ona nə yaltaqlanmağa, nə Ondan pul ummağa, nə də hətta Ona hürməyə yer olmur bu Yer üzünün torpağının nə dərəsinin, nə dağının bir qarışında, nə də suyunda – çayında, dənizində, okeanında!

Adamın taleyinə Qəvvaslıq – Sərrast və Sərbəst Üzgüçülük Yazılıb! İlahidən!

Bu dünyanın yaltağını da, dilənçisini də, hürən küçüyünü də O, Şəxsən... O özü feyziyab edəcək: yaltaqlanana yalını atacaq, dilənəninə sədəqəsini verəcək, hürəninə tulapayını atacaq, FƏQƏT bütün bunlarla bərabər, Xalqı, Dövləti üçün hər şeyi bir kimsənin diktəsi olmadan özü edəcək: Oğlu Prezident olan Heydər Əliyevin də, Atası, Əri, Oğlu Prezident olan Zərifə Əliyevanın da, oğlu nazir olan Mahmudovun da, nə atası, nə xanımı, nə qızı, nə oğlu ortalıqda olan Əbülfəz Elçibəyin də və bu Vətən uğrunda ADI ŞƏHİD OLAN onlarca sadə vətəndaşın da adına eyni AZADLIQ, SƏRBƏSTLİK VƏ ŞƏXSİ İSTƏYİYLƏ... adlarına gəmi də inşa edib dünya okeanlarına buraxacaq, imkan olanda "mən əslən Masallıdanam” deyib Masallıda yox, məhz Lənkəranda "Xəzər-Lənkəran”ı yaradacaq, icazə ala biləndə Bakıda, ala bilməyəndə Şəkidə bir zavod-fabrik açacaq!

Öz istəyi, öz seçimiylə: Vətən və Xalq adına!

Və etdiklərinin HAMISINI "Xalq və Vətən üçün!” etsə də, bu xalqdan və bu Vətəndən heç bir halda heç bir qəpik yiyəsi olmadığı halında edəcək! Kimsənin "sağ ol, VƏTƏNdaş” mükafatını ummadan! Amma bu vətəndə bu xalqın içindən anasına müştəri axtaran, hələ it olmaq qədərincə böyüməmiş elə küçüklər olacaq ki, Ona hətta "kuk” olmağını xatırladacaq və FƏRQİNƏ VARMAYACAQ ki, bundan O yox, məhz vətən və bu xalq utanmalıdır: bu dövlətin "kuk” işindən böyük işə layiq görmədiyi, bu xalqdan... haqq etdiyi "sağ ol, Oğlum” almadığı Vətəndaşı... dünyadan qazandığını Azərbaycana və Azərbaycan adına, Azərbaycan üçün xərcləyir!

Qızını acından öldürdüyü Tağıyevin ruhuna 100 ildən sonra fatihələr oxuyan xalqın sağlığında Tağıyevdən artığını edən Oğluna BELƏ dəyərləndirmələri (hətta dövlət səviyyəsində - nə fərqi var ki, hakimiyyətdə kommunistlər idi, ya erməni-kürd-fars-rus daşnak-eser-menşevik törəmələri) təəccüblü sayılmaz və sayılmasın da gərək!

Mübariz Mənsimovun neylədiklərini sadalamayacam! Zatən də guya gördüyü işlərin hesabatını verən mətbuat xidməti var, görmədiyi işləri ona şər-böhtan kimi atmaq üçün amadə olan düşmən çetesi-mediaholdinqlər də öz yerində!

Mən bu gün neçənci ad günü olduğunu bilmədiyim Mübariz Mənsimov haqqında bu yazını təbrik mətni kimi yazıram! Bircə 
HAŞİYƏ ilə:

Hamıya məlum olduğu kimi, şərlənərək həbs olunan Mübariz Mənsimov azadlığa çıxdıqdan sonra bəziləri... əleyhdarlarının diktəsi ilə sosial şəbəkələrdə və mətbu orqanlarda GUYA "yanımcıllıq” edərək və guya da "təəssüf hissi” ilə... nəyi var əlindən alındığının və danışmamaq öhdəliyi ilə... azadlığının qaytarıldığını vurğulayırlar!

Cəmiyyətə dolayısıyla verilən "bu xalq üçün kişilik, bu vətən üçün oğulluq etməyi bu dünyada bu hakimiyyət, o dünyada da Allah istəmir” mesajı boş şeydir, nədənini deyim:

Mübariz Mənsimovun əlindən və özündən HEÇ BİR ZAMAN ALINA BİLİNMƏYƏN əndazəsiz, Allahın xəzinələri kimi TÜKƏNMƏZ SƏRVƏTİ VAR: o sərvətin adı... Onun mənsub olduğu Xalqdır, Onun mənsub olduğu Xalq üçün etdiyi əməllərdir, sərgilədiyi əxlaqdır!

O əxlaq ki: Bəşəriyyətin İnsanlıq və Yerin coğrafi okeanlarının Qəvvası ƏXLAQI!

Kimsə ala bilməz, alamaz! Əsla və qətiyyən!
Etmişdir! Qalmışdır tarixdə!
Etməzsə də... qalacaq Tarixdə!
Edə bilməzsə də ardını... yenə qalacaq tarixdə! 
Tarixin Mübariz Mənsimov dönəmi var!

Bitmişdirsə də o dönəm... (xatirəsi) bitməmişdir: yüzlərlə, minlərlə, on minlərlə Azərbaycanlı ürəyinin içindən öpəcək Onun adını – rəsmən qadağa qoyulsa belə!
Yüzlərlə, minlərlə, on minlərlə VİCDANLI AZƏRBAYCANLI Onu bu vətən üçün gərəkli və yararlı olmuş biri kimi yaşadacaq mərhəmətli Tanrının 99 müqəddəs adının əlamətlərindən biri – mərhəmətli və xeyriyyəçi - kimi!

Mübariz Mənsimovun bu gün ad günüdür – heç bilmirəm neçə yaşı olur! Zatən də Mübariz Mənsimov Tarixə və Zamana Yaşını yox, Ömrünü HƏKK ETMİŞDİR!
Azərbaycan xalqının vicdanlı oğulları olduqca və Azərbaycan Dövlətinin ərazisində İNSANLIQ yaşadıqca, Mübariz Mənsimov olub, var, olacaq, yaşayacaq!
Əminəm ki, bu çox uzun bir dönəm olacaq!

YAZIYA ƏLAVƏ KİMİ qeyd edim: dünyada milyonerlər, milyarderlər çoxdur – heç bir ingilis, yəhudi, fransız, amerikan, hətta erməni belə öz milyonerini, milyarderini ittiham etməyib, ona həbs həyatı yaşatmayıb! Dünyada bunu edən üç xalq, üç dövlət var: a) Rusiya, b) əvvəl Rusiyanın tərkibində müttəfiq, sonra da müstəqil olan Azərbaycan (eləcə də müttəfiq ölkələri) və bir də... c) İtaliya!

Dünyanın fikir nəhənglərindən (səhv etmirəmsə, Spinoza) biri deyirdi ki, ilkin kapital cinayət yoluyla qazanılır! Bu fikri deyən dahinin vətənində bu fikirdən yapışıb heç bir milyoneri həbs etməyiblər, amma başqa xalqların girdirmə "vətənpərvərlər”ini tırkalayıb, bu fikrin üstündə ÖZ XALQLARININ HALAL YOLLA MİLYONER OLMUŞ VƏTƏNDAŞLARINI həbs etdiriblər!

O sırada biz də varıq... təəssüflər olsun ki!

YAZININ ƏVVƏLİNƏ QAYIDIŞ – TƏSDİQ ÜÇÜN: Bu yazı Mübariz Mənsimovu təbrikdən çox, Mübariz Mənsimova yaltaq, dilənçi, it olmağına çox qalmış hürən küçüklərə mesajdır: Mübariz Mənsimovdan düz 21 gün qabaq doğulmuşam, yubiley də yaşım tamam olub, təbrik də etməyib, özü də, əshabələri də - xəbər lentinə baxa bilərsiniz əminlik üçün, məhz Mübariz Mənsimova görə yazdığım statusa görə Baş Prokurorluq məni 1 ay həbs edib bir ay qabaq – bir kimsəsindən quruca təsəlli də olmayıb – çox rahat özümə, ailə üzvlərimə, dost əhatəmə gələn-gedən zəngləri çıxartdıra bilərsiniz!
Amma və lakin... bu yazını ona görə yazdım ki, hamı bilsin - dünya durduqca hamı hər zaman hər ad günündə Mübariz Mənsimova zəng edəcək, mesaj yazacaq, saytlarda, qəzetlərdə yazılar paylaşacaq, məzmunu təxminən belə olan:

Əziz və mübariz Abimiz Mübariz kişi! Sizi həm Bahar bayramı, həm də ad gününüz münasibəti ilə təbrik edirik, Sizinlə fəxr edirik, hər zaman Sizinləyik, Sizin üçün fədakar, cəsur və döyüşə hazır silahdaşıq! Həyatınız Günəş qədər Parlaq, Su qədər saf və Aydın, Yel-Hava qədər Dinamik-hərəkətli, Torpaq qədər Bərəkətli olsun!! Ailənizin, Evinizin, Elinizin Sevimlisi olaraq, dünyanın Coğrafi, Bəşəriyyətin İnsanlıq Okeanlarında həmişə xilaskar, mərhəmətli Kapitan olaraq qalasınız!

Və... SONDA:

Haçan bir ingilis, bir yəhudi, bir... lap bir erməni tapsanız... öz xalqının Mübariz Mənsimov ranqında oğullarını həbs etdirəndə, bu fikirlərimi əldə dəstavuz edib, üstümə gələ bilərsiniz!
Mənim o vaxt üçün də, indi də cavabım hazırdır:

Xalq və Dövlət öz ləyaqətli Oğul-qızlarını qorumalıdır! Bu missiyanı yerinə yetirməkdə, ilk növbədə, ləyaqətli yazarlar, vicdanlı aydınlar olmalıdır! Ki... əgər bir kimsə - "dost” dediyinin evində qabağına çay qoyan xanımın bacısına qəzetində fahişə yazan, ölü dostu üçün gülləyə getməkdən danışdığı halda, diri dostu üçün bircə dəfə "Vay, Hüseyn” yazıb illərdir türmədə olan Hüseyni yoluxmayan, guya öz anasının söyülməyindən aylar sonra xəbər tutan (halbuki heç kim anasını söyməyib e, özü öz anasını söydürür), "oyanan”, "qeyrətə gələn” "operativ” professional qəhhhh...rəman oğğğğğ...ul özünü nişan verəndə... bilsin ki, "bir haqsızın qabağına bir haqlı mütləq çıxacaq” (c)
Türmə... imam Cəfər Sadiqdən üzübəri nə Stalini, nə Mübariz Mənsimovu, nə də Aydın Can(ıyev)i qorxudacaq Yer və yer deyil!
"Məhrumiyyətlər məhdudiyyətlər deyil, məhdudiyyətlər məhrumiyyətlər deyil”, - deyirdi Naxçıvanlı Vahid Müəllim: Stiv Houkinqdən 12 il əvvəl dünyanın böyük partlayışdan Yarandığını yazan İşıq payı, Paklıq Payı, Əqli-Ruhi-Əbədi Paklıq təcəllası!
"Mübarizə bu gün də var, yarın da, Biz də onun ən ön sıralarında” (Rəsul Rza)
Mübariz (Mənsimov) dünən də vardı, bu gün də var, sabah da olacaq! – açmasını vermişəm!
Dünən də, bu gün də var olan Aydın Can ola bilər sabah olmasın, amma sabahların daha mübariz, daha güclü, daha ağıllı bir Aydını mütləqdir ki, bu xalqın və bu dövlətin Canı olacaq!
Çünki bu xalqın Mübarizləri olub, var, olacaq da!
Bütün gözəl əsərləri, yazıları, qəhrəmanlıq dastanlarını məhz Mübariz kimi mübariz oğulların varlığı yazdırır!
 
Aydın Can!


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az