Bayraktar Zelenski ilə görüşdü

Bayraktar Zelenski ilə görüşdü

"Baykar Makina"nın baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş barədə təəssüratını bölüşüb.

O, bu barədə tviter səhifəsində yazıb.

"Xalqına liderlik, ordusuna ali baş komandanlıq edən Ukraynanın qəhrəmanı Prezident Zelenski ilə görüşdük. Ən qısa zamanda ədalətli və daimi sülhün təmin olunacağına ümid edirik”, - H.Bayraktar bildirib.

Qeyd edək ki, Türkiyə nümayəndə heyəti Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə avqustun 18-də Ukraynada səfərdə olub. H.Bayraktar da heyətin tərkibindəymiş.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az