Baydendən Rusiya haqda sərt sözlər: “Həddindən artıq təhlükəlidir”

Baydendən Rusiya haqda sərt sözlər: “Həddindən artıq təhlükəlidir”

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar Moskvadan qaynaqlanan milli təhlükəsizlik üçün fövqəladə təhlükə ilə əlaqədardır.

Miq.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

Bayden qeyd edib ki, Rusiyanın zərərli fəaliyyəti həm ABŞ-ın milli təhlükəsizliyini, həm də iqtisadiyyatı və xarici siyasətini ciddi şəkildə təhdid edir.

O, Rusiya hökumətinin ABŞ şirkətləri və dövlət qurumlarına qarşı kiberhücumlar təşkil etməsinə, seçkilərə müdaxiləsinə və demokratik institutlar sistemini sarsıtmağa çalışmasına və müttəfiq ölkələrin təhlükəsizliyini təhdid etməsinə diqqət çəkib. Bundan əlavə, Amerika lideri Moskvanın xarici ölkələrin daxili işlərinə qarışdığını, jurnalistlər və müxalifləri repressiyaya məruz qoyduğunu söyləyib.

O, bütün bunların, qeyri-adi və həddindən artıq təhlükə olduğunu deyib.

Qeyd edək ki, Co Bayden bu gün Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə dair fərman imzalayıb. Bura ABŞ-dakı 10 rusiyalı diplomatın deportasiya edilməsi də daxildir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az