Baydendən ermənilərə şok: “ABŞ-ın Azərbaycana satacağı silahlar...”

Baydendən ermənilərə şok: “ABŞ-ın Azərbaycana satacağı silahlar...”

ABŞ-ın yeni administrasiyasının Azərbaycana qarşı tətbiq olunan "Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi dondurması Ermənistanda qəzəblə qarşılanıb.

Miq.Az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan”da dərc olunan bir məqalədə bildirilib.

Mənbə ABŞ Prezidenti Co Baydenin bu qərarının Ermənistanda o qədər də xoş qarşılanmadığını yazıb:

"Co Bayden administrasiyasının sələflərinin siyasətini davam etdirmək və Azərbaycana hərbi yardımın qarşısını alan 907-ci düzəlişin dondurulması qərarı Ermənistan üçün olduqca xoşagəlməz sürpriz oldu. Bundan əvvəl ABŞ dövlət katibi Azərbaycan prezidenti ilə telefon danışığı aparıb, bu görüşdə Amerika diplomatiyasının rəhbəri "Azadlığa Dəstək Aktı”na edilən düzəlişin dondurulduğunu açıqlayıb.

"Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təzyiqi altında qəbul edilib. Sənəd ABŞ tərəfindən Azərbaycana dövlət səviyyəsində yardım verilməsini məhdudlaşdırır. Lakin 2001-ci ildən bəri Amerika administrasiyaları əsasən Əfqanıstana malların daşınması üçün tranzit ərazi kimi Azərbaycanın dəstəyini almaq üçün bunu müvəqqəti dayandırırlar”.

Erməni siyasi ekspert Suren Sərkisyana görə, Baydenin digər prezidentlərdən fərqi ondan ibarət idi ki, seçki kampaniyası dövründə Azərbaycana hərbi yardım göstərilməsinə yenidən baxacağına söz vermişdi: "Amma mahiyyət etibarilə yeni prezident vədlərini yerinə yetirmədi”.

Mənbə Baydenin qondarma erməni soyqırımı ilə bağlı aprelin 24-də verdiyi məlum bəyanatını da xatırladıb: "Vəziyyətin istehzalı tərəfi budur ki, bütün bunlar Baydenin çoxdan gözlənilən "soyqırım” ifadəsini işlətdiyi 24 aprel rezonanslı bəyanatından dərhal sonra baş verir”.

Sayt Qarabağ müharibəsində qalib gələn Azərbaycana hərbi yardım edəcəyini də istisna etməyib.

Hərbi ekspert David Arutyunovun fikrincə, ABŞ Azərbaycana kəşfiyyat sistemləri, rabitə, idarəetmə və müəyyən tip pilotsuz təyyarələr tədarük edə bilər.

Arutyunov hesab edir ki, amerikalılar Azərbaycana tank əleyhinə raket sistemləri də verə bilər: "Məsələn, məşhur "Javelin” sistemlərini”.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az