"Bayden öz kodu olan nüvə çamadanını kimə verdiyini xatırlamaya bilər..."
"Bəs o zaman bu donuz banderaçıların apokalipsis sayaqlamalarına görə vətəndaşlarımıza nə cavab verəcəyik?.."
"Zelenskinin bu müraciətə cavab verməsi üçün 90 gün ərzində petisiyanı 25 min nəfər imzamalıdır..."
Medvedev Ukrayna ərazisində ABŞ nüvə silahının yerləşdirilməsi barədə petisiyanı şərh edib
Rusiyanın preventiv nüvə zərbəsi barədə "petisiyası" Ukraynaya Amerikanın nüvə silahının verilməsi təşəbbüsübə cavab ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev özünün "Telegram-kanal"ında yazıb.
"Bəs necə? Tanklar və raketlər tədarük edilir, təyyarələr, demək olar ki, hazırdır. Bir də gördün öz nüvə silahını da verdilər.
Üstəlik, Bayden öz kodu olan nüvə çamadanını kimə verdiyini xatırlamaya bilər. O zaman vətəndaşlarımıza bu donuz banderaçıların apokalipsis sayaqlamalarına görə nə cavab verəcəyik?" - Medvedev yazıb.
Onun sözlərinə görə, buna, "ehtimal ki, Rusiyanın nüvə silahının dərhal qabaqlayıcı (preventiv) tətbiqi ilə bağlı petisiyası formasında" cavab vermək olar.
Bu gün Ukrayna prezidenti Vladimir Zelenskinin saytında ölkə ərazisində Amerikanın nüvə silahının yerləşdirilməsi təklifi ilə bağlı petisiya yerləşdirilib.
Zelenskinin bunu nəzərdən keçirməsi və müraciətə cavab verməsi üçün petisiyanı 90 günə 25 min nəfər imzalamalıdır.
Martın 25-də prezident Vladimir Putin bəyan edib ki, onun Belarus həmkarı Aleksandr Lukaşenko çoxdandır ki, ölkəsinin ərazisində Rusiyanın taktiki nüvə silahının yerləşdirilməsi məsələsini qaldırır. Onun sözlərinə görə, belə saxlanc yerinin tikintisi iyulun 1-də başa çatacaq.
Bundan sonra Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Belarus ərazisində nüvə silahının yerləşdirilməsini İttifaq Dövlətinin təhlükəsizliyinin möhkəmləndirilməsi ilə əlaqələndirib.
ABŞ bəyan edib ki, bu qərarda Rusiyanın nüvə silahını tətbiq edəcəyi əlamətlərini görmür.