Baş nazirdən Ərdoğana cavab - “Anlaşmada nə varsa, ediləcək”

Baş nazirdən Ərdoğana cavab - “Anlaşmada nə varsa, ediləcək”

İsveç Baş naziri Maqdalena Andersson NATO-nun Madrid sammitində Türkiyə ilə əldə etdikləri razılaşmadan danışıb.

Miq.Az xəbər verir ki, baş nazir anlaşmanın yüz faiz arxasında olduqlarını bildirib.

"Təbii ki, anlaşmada nə varsa, ediləcək. Türkiyə daha əvvəl ekstradisiya (terrorçuların – red.) tələbləri ilə çıxış edib, biz da bununla məşğul olmuşuq. Bəzən deportasiya etdiklərimiz olub, çox vaxt isə olmayıb. Razılaşmanın yüz faiz arxasındayıq”, - Andersson bildirib.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin 70 terrorçunu Ankaraya təhvil verəcəyini açıqlayıb.(teleqraf.com)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az