Bakıda övladı qaçırılan qadın bölmədən qovulub?

Bakıda övladı qaçırılan qadın bölmədən qovulub?
Bakıda uşağın öz atası tərəfindən qaçırılması ilə bağlı məlumat yayılıb.

"Qafqazinfo” xəbər verir ki, bununla bağlı vəkil Zibeydə Sadıqova məlumat paylaşıb.

Vəkilin sözlərinə görə, hadisə Binəqədi rayonu ərazisində baş verib: "Ana E.Əhmədova 7-ci Polis Bölməsinə gedib və uşağının öz atası tərəfindən qaçırılması ilə bağlı şikayət etmək istəyib. 7-ci PB-nin əməkdaşları nəinki E.Əhmədovanın şikayətini qeydə almayıb, hətta qadını bölmədən zorla çıxarıblar”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Qafqazinfo”nun müraciətinə cavab olaraq bildirib ki, baş vermiş faktla bağlı araşdırma aparılır: "Hazırda daxil olmuş məlumat əsasında araşdırma aparılır. Bu, ailədaxili məsələdir. Prosessual qanunvericiliyin tələblərinə görə tərəflərin hüquqları təmin olunacaq”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az