Bakı aeroportunda faciəli şəkildə ölən şəxs rəisin oğlu imiş

Bakı aeroportunda faciəli şəkildə ölən şəxs rəisin oğlu imiş
Heydər Əliyev Beynəlxalq Hava Limanında faciəvi şəkildə ölən Prokofyev İqor Vladimiroviçin vəzifəli şəxsin oğlu olduğu məlum olub.
Miq.Az Report-a istinadən xəbər verir ki, o, Milli Aviasiya Akademiyasının mühasibat şöbəsinin rəisi - baş mühasib Svetlana Prokofyevanın oğludur.
Qeyd edək ki, sentyabrın 22-də Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb. Hadisə nəticəsində paytaxt sakini Prokofyev İqor Vladimiroviç ölüb. Nuriyev Zaur Tofiq oğlu isə xəsarət alıb, o, ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az