Azərbaycanlı şairin Belarusiyada kitabı çap olundu
Bu günlərdə Belarusiyada yaşayan həmyerlimiz, Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Məhəmməd Azəroğlunun «Лiсты Магамеда» — «Məhəmmədin məktubları» adlı yeni şeirlər kitabı işıq üzü görüb.
Belarusiyanın "4/4” nəşriyyatında çap olunan topludakı poeziya nümunələri azərbaycan və belarus dillərində oxucuların diqqətinə çatdırılıb.
Qeyd edək ki, sözügedən kitabın ön söz müəllifi Belarus Yazıçılar Birliyinin sədri Ales Karlyukeviç, tərcüməçisi tanınmış belarus ədibləri Mikol Şaboviç, Tatyana Sivets və Yuliya Aleyçenko, rəssamı isə tanınmış rəssam Nəvai Mətindir.
Kitabda həm də yazıçı Mikol Adamın, şair Yuliya Aleyçenkonun müəllifin yaradıcılığından bəhs edən yazıları yer alıb.