"Azərbaycanda vurulacaq “CoronaVac” vaksini 91.25 faiz effektivdir" - Səhiyyə Nazirliyi


"Hazırda dünyada 7 vaksin 3-cü fazanı keçib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib.

T. Musayev deyib ki, vaksinlər adətən, iki mərhələdə vurulur: "Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində "Sinovac” şirkətinin 2 milyon doza "CoronaVac” vaksini alacaq. Eyni zamanda "Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə "Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. "Sinovac” şirkətinin "CoronaVac” vaksini 91.25 faiz effektivdir. Bu vaksin qoruyucudur”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az