Azərbaycanda səfərbərlik elan olunacaq? - RƏSMİ

Azərbaycanda səfərbərlik elan olunacaq? - RƏSMİ

Səfərbərliyin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı dərhal kütləvi informasiya vasitələri (KİV) ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.

Miq.Az xəbər verir ki, bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Dövlət Xidməti sosial şəbəkələrdə 10 gün ərzində ölkəmizdə səfərbərlik elan olunacağı barədə yayılan məlumatı qəti təkzib edib:

"Səfərbərlik xidməti əhalini sosial şəbəkələrdə yayılan şayiələrə inanmamağa, yalnız rəsmi qurumlara etibar etməyə çağırır”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az