"Azərbaycan Zəngəzurdan keçərək 3 türk dəhlizinə sahib olacaq" - Varujan Qeqamyan


Düşmən Sünikdən (Zəngəzur) keçərək 3 türk dəhlizi əldə etmək istəyir.
 
KONKRET.az erməni mətbuatına istinad xəbər verir ki, bu sözləri analitik-türkoloq Varujan Qeqamyan deyib.
 
Daha sonra o deyib: "Bu gecə düşmən Ermənistanda milli hökumətinin olmamasından istifadə edərək təxminən 3 km Sünikin ( Zəngəzur) dərinliyinə irəliləyib. Və heç bir beynəlxalq normalarla təsdiqlənmiş sərhəd və ya  BMT onu saxlaya bilmir.
 
Xatırladım ki, bizim düşmənimiz üçün hazırda böyük prioritet Artsaxın (Qarabağ) azad olunmamış torpaqları deyil, Sünikdir (Zəngəzur). Sünikdən (Zəngəzur) keçərək düşmən 3 türk dəhlizini və daha çox ərazini əldə etmək istəyir ki, Sünikdəki (Zəngəzur) ermənilərin həyatını yaşanmaz hala gətirsin.Yaxın həftələrdə və aylarda bu istiqamətdə təzyiqlər ancaq artacaq.
 
Mən hələ noyabrdan xəbərdarlıq edirdim ki, hələki Ermənistanda öz oğrubaşı ilə de fakto türklərin əlaltısı olan rejim hakimiyyətdədir, Ermənistan həmişə ərazisini itirəcək və getdikcə türk vilayətinə çevriləçək. Hal-hazırda bütün bunlar prosesdədir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az