Azərbaycan Prezidenti: “Ərzaq böhranı qaçılmazdır”

Azərbaycan Prezidenti: “Ərzaq böhranı qaçılmazdır”

"Əminəm ki, burada aparılan müzakirələr bizi qlobal gündəmin əsas mövzularına dair yeni yanaşmalar işləyib hazırlamağa kömək edəcək”.

Miq.Az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

O bildirib ki, hər bir ölkə təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq etməlidir.

"Bu mənada Qlobal Bakı Forumu əla platformadır, biz burada müxtəlif tərəflərdən fərqli mövqelər eşidirik”, - deyə Prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, tədbirin gündəliyində duran məsələlərdən biri də aparıcı beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının ərzaq böhranının öhdəsindən gəlməsi ilə bağlıdır. 

"Çünki ərzaq böhranı qaçılmazdır”, - deyə İlham Əliyev əlavə edib. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az