AZAL-da iki aydır maaş niyə verilmir?

AZAL-da iki aydır maaş niyə verilmir?

AZAL-ın işçiləri 2 aydır maaşlarını ala bilmədiklərini yazırlar. Baxmayaraq ki, AZAL pandemiya zamanı da bəhrələnənlərdən olub.
Bu barədə iqtisadçı Qubad İbadoğlu məlumat yayıb. O bildirib ki, Maliyyə Nazirliyi ötən ilin büdcəsindən AZAL-a pandemiyanın neqativ təsirlərini neytrallaşdırmaq üçün 86,9 milyon manat köçürüb:

"AZAL bazarda hökmran mövqeyini saxlayaraq İstanbula gediş-gəliş biletini dəfələrlə bahalaşdırıb. AZAL pandemiyadan əvvəl səfər etmək istəyənlərin ödədiyi vəsaiti də indiyə qədər geri qaytarmayıb”.
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az