Avropada qaz böhranı: orada odun ehtiyatı yaradılır...

Avropada qaz böhranı: orada odun ehtiyatı yaradılır...

"Soyuq sudan istifadə edin, qidanı qısadalğalı sobada isidin, kondisioneri qoşduqda qapıları bağlayın..."
 
"Avropada kömürlə işləyən elektrik stansiyalarının işi bərpa edilir..."
 
"Avropa ölkələri qışa hazırlıq üçün odun ehtiyatı yaradır, tələb çoxalır, odunun qiyməti artır, Estoniyada bu artım 240 faiz təşkil edib..."
 
 
Ukraynada hərbi əməliyyat Avropaya zərbə vurur. Avropa İttifaqı ölkələri ABŞ və Böyük Britaniya ilə birlikdə bir-birinin ardınca sanksiyalar tətbiq edir, bu da neqativ nəticələrə gətirib çıxarır.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Haber7" nəşri yazıb.
 
Avropada qış mövsümündə Avropa İttifaqının sanksiyaları səbəbindən Rusiyadan qaz tədarükünün azaldılması ilə əlaqədar olaraq yaşayış yerlərinin isidilməsi problemlərinin nizamlanması üçün tədbirlər gücləndirilib.
 
Belə ki, iqlim böhranı ilə mübarizə üçün kömürlə işləyən elektrik stansiyalarından yaxa qurtarmağa yönələn Avropa qapalı stansiyaların işini bərpa etməyə başlayır, energetika böhranı ilə mübarizə üçün öz vətəndaşlarına qənaətlə bağlı "soyuq sudan istifadə edin", "qidanı qısadalğalı sobada qızdırın", "kondisioneri qoşduqda qapıları bağlayın" kimi tövsiyələr verir.
 
Digər tərəgdən, Almaniya, Niderland, Belçika, İsveç, Slovakiya, Baltikyanı ölkələrdə insanlar qışa hazırlaşarkən odun ehtiyatı toplayır.
 
Tədqiqatlar göstərib ki, bu ölkələrdə odun ticarətçiləri artan tələbin öhdəsindən gələ bilmir, bu zaman odunun qiyməti artıb. Estoniyada odunun qiyməti 240 faiz artıb.
 
Qaz böhranı ilə bağlı yarana biləcək problemlərin fonunda Aralıq dənizi ölkələri, o cümlədən Türkiyə ilk növbədə yaşlı insanlara qış aylarını öz ərazilərində keçirməyi təklif edib.
 
Bu zaman yunan və ispan nazirlər Almaniyanın yaşlı vətəndaşlarını öz ölkələrinə dəvət edir ki, onları qışda yanacaq məsrəflərindən azad etsin, bəzi türk otelləri paket turlar üzrə turist operatorları ilə danışıqlar aparır, bu da ahıl yaşda olan almanlara qışı Türkiyədə keçirməyə imkan verəcək.
 
Qənaət üçün hansı tədbirlər görüləcək?
 
- reklam lövhələri işıqlandırılmayacaq;
 
- kömürlə işləyən elektrik stansiyaların işi bərpa ediləcək;
 
- ictimai binalar məhdud səviyyədə isidiləcək;
 
- müntəzəm istifadə edilməyən yerlər isidilməyəcək;
 
- qış mövsümü üçün şamlar və odun ehtiyatı yaradılacaq;
 
- ictimai binalarda və mağazalarda işıqlar söndürüləcək;
 
- isti su əvəzinə soyuq sudan istifadə ediləcək;
 
- qidanın qızdırılması üçün mikrodalğalı sobadan istifadə ediləcək.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az