“Artıq yay aylarından etibarən...” – Ermənistandan şok Qarabağ açıqlaması

“Artıq yay aylarından etibarən...” – Ermənistandan şok Qarabağ açıqlaması

"Ermənistan Rusiya ilə əcnəbilərin Dağlıq Qarabağ ərazisinə girişi rejiminin təşkilini müzakirə edir”.

Miq.Az xəbər verir ki, bunu Ermənistanın diaspor məsələləri üzrə səlahiyyətli nümayəndəsi Zare Sinanyan deyib.

Sinanyan bu məsələni Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşdə müzakirə etdiyini söyləyib:

"Rusiya və ya Ermənistan vətəndaşlığı olmayan insanlar bununla əlaqədar problem yaşamağa başlayıblar. Nəhəng bir diasporumuz var, yayda Ermənistana gəlməyə öyrəşiblər, onlar da Dağlıq Qarabağı ziyarət etməyi sevirlər və qarşıdakı yayda belə bir vəziyyət ola bilər ki, bir çox insan Dağlıq Qarabağa getmək istəsə də, yeni rejimə görə bunu edə bilməyəcəklər”.

Onun sözlərinə görə, söhbət Xankəndi, Xocavənd və ya Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən gedir.

"İndi yeni rejim elədir ki, Ermənistandan Dağlıq Qarabağa getmədən yeddi gün əvvəl bir ərizə təqdim etməli, siyahı rus sülhməramlılarına verilməli və sonra kimin gələ biləcəyinə qərar verilməlidir”.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az