Araik erməni milyarderə "nazir" vəzifəsi təklif etdi

Araik erməni milyarderə

Milyarder və ictimai xadim, sentyabrın 1-də Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçdüyünü bəyan edən Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərindəki ermənilərin qondarma rejiminin "dövlət naziri" vəzifəsinə təyin ediləcək.

Publika.az xəbər verir ki, bu barədə qondarma rejimin başçısı Araik Arutyunyan məlumat verib.

Araik Arutyunyan qeyd edib ki, o, Ruben Vardanyana "dövlət naziri" vəzifəsini tutmağı təklif edib, ona qərar qəbul etmək və fəaliyyət göstərmək üçün geniş səlahiyyətlər verməyə hazırdır.

"Ruben haqqında uzun-uzadı yazmaq, onun cəsarətli qərarlarından, Vətənə, xalqa sədaqətindən danışmaq olar, amma bu gün hərəkətə keçməyin vaxtıdır, ona görə də təklifimlə bağlı onun qərarını gözləyirəm. Ümid edirəm ki, əməkdaşlığımıza yaxın həftələrdə başlayacağıq və bu barədə daha sonra ətraflı məlumat verəcəyəm.

Təbii ki, bu mənim dövlət naziri vəzifəsini icra edən Artak Beqlaryanın işini səmərəli qiymətləndirməməyim demək deyil. Lakin mövcud çağırışları nəzərə alaraq, bütün milli səyləri birləşdirməyi zəruri hesab edirəm”, - A.Arutyunyan öz "Facebook" səhifəsində yazıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az