“Araik Arutyunyan dedi ki, Qarabağdakı ordunu dağıtmaq fikrindəyəm...”

“Araik Arutyunyan dedi ki, Qarabağdakı ordunu dağıtmaq fikrindəyəm...”

Separatçı-terrorçu erməni rejiminin başçısı Araik Arutyunyan bu günlərdə  Qarabağdakı qanunsuz erməni ordusunu dağıtmaq niyyətində olduğunu bildirib.
 
Moderator.az xəbər verir ki, bu haqda Ermənistan parlamentində insan hüquqlarının müdafiəsi  daimi komissiyasının təşəbbüsü ilə Qarabağdan olan "məcburi köçkün”lərin problemlərinin müzakirəsi zamanı "Şuşadan məcburi köçkün erməni əhali” adlı üzdəniraq qeyri-hökumət təşkilatının  üzvü Aşot Arutyunyan danışıb.
 
"Ondan soruşdum: "Sənə kim belə bir hüquq verib?".  Arutyunyan belə cavab verdi: "Azərbaycanlılar tələb edir" –deyən erməni QHT üzvünü separatçı başçının bu cür cavabı bərk qəzəbləndirib...
 
P.S. Putin icazə versə, dağıdarsan...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az