Almaniya səfərbərlikdən qaçan rusiyalıları qəbul etməyə hazırdır: Rusiya kişisiz qalacaq...

Almaniya səfərbərlikdən qaçan rusiyalıları qəbul etməyə hazırdır: Rusiya kişisiz qalacaq...
"Putin yoluna nifrət edən və liberal demokratiyanı sevən hər kəsə Almaniyada sevinəcəklər..."

"Rusiya kişiləri kütləvi surətdə ölkəni tərk edir..."
 
Almaniya öz ölkəsində səfərbərliyə qarşı çıxan rusiyalı fərarilərə sığınacaq verməyə hazırdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fezer bəyan edib.
 
"Ciddi repressiyalar təhlükəsi ilə üzləşə biləcək fərarilər Almaniyada beynəlxalq müdafiə ala biləcək", - nazir Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində deyib.
 
"Vladimir Putin rejiminə qarşı cəsarətlə müqavimət göstərən və bununla da böyük təhlükəyə məruz qalan hər kəs Almaniyadan siyasi təqib əsasında sığınacaq istəyə bilər".
 
Nazir əlavə edib ki, bir neçə ay ərzində Almaniya təqiblərə və təhdidlərə məruz qalan rusiyalı dissidentləri qəbul edib.
 
Ədliyyə naziri Marko Buşmann Fezerin fikirlərinə dəstək verib.
 
"Putin yoluna nifrət edən və liberal demokratiyanı sevən hər kəsə Almaniyada sevinəcəklər", - o, "Twitter"də yazıb.
 
Hələlik, rusiyalılara sığınacaq və ya humanitar vizalar veriləcəyi aydın deyil.
 
Vladimir Putin Rusiyada "qismən" səfərbərlik elan edib. Müdafiə naziri Sergey Şoyqu deyib ki, Ukraynaya göndərilmək üçün ehtiyatdan 300 min adam çağırılacaq.
 
Bütün ölkə boyu məlumatlar göstərir ki, ordu təcrübəsindən, yaşından, peşəsindən və ailə vəziyyətindən asılı olmayaraq, istənilən kişi çağırış vərəqəsini ala bilər.
 
Rusiya kişiləri kütləvi şəkildə ölkəni tərk edir, lakin Avropa İttifaqı ölkələrinin əvvəllər rusiyalılar üçün sərhədlərini bağlayan bəzi üzvləri, o cümlədən Estoniya və Latviya bəyan edib ki, hətta müharibədə iştirakdan boyun qaçıran Rusiya pasportu olanlar ölkəyə buraxılmayacaq.
 
Almaniya kansleri Olaf Şolts əvvəllər Rusiya vətəndaşlarına viza verilməsinə ümumavropa qadağalarına qarşı çıxıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]m

www.miq.az