Alimpaşa Məmmədovun maralları ac qalıb - VİDEO

Alimpaşa Məmmədovun maralları ac qalıb - VİDEO

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun maral ferması baxımsız vəziyyətə düşüb. 

Baku TV xəbər verir ki, A.Məmmədovun həbsinə qədər hər gün heyvanlara palıd qozası və xüsusi yen verilirdi. İndi isə necə deyərlər "yetim” qalan marallar quru samana möhtacdır. 30-a yaxın maral ac və baxımsız vəziyyətdə qalıb.

Maral əsasən çöl heyvanıdır və meşələrdə yaşayır. Azərbaycanda bu heyvanların sayı çox deyil və onların fermada saxlanması ilk hadisədir. Bu ilkə isə Alimpaşa Məmmədov imza atıb. 

Maral ferması ilk olaraq rayonun Çənlibel kəndində qurulub. Bahalı qiymətə alınan marallar məhz bu kəndə gətirilib. Sonra keçmiş icra başçısı fermanı daha yaxın əraziyə - Kür qəsəbəsinə köçürüb. 

Ətraflı süjeti təqdim edirik:
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az