ABŞ ordusundan gözlənilməz həmlə: Rusiya silahları ələ keçirildi

ABŞ ordusundan gözlənilməz həmlə: Rusiya silahları ələ keçirildi

ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması Oman dənizində keçirdiyi əməliyyatla qanunsuz silah tədarükünün qarşısını alıb.

Miq.Az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Açıqlamada 5-ci Donanmaya bağlı olan "USS Monterey” (CG 61) döyüş gəmisinin 6-7 may tarixlərində Oman dənizinin şimalındakı beynəlxalq sularda bayraqsız üzən bir ərəb gəmini ələ keçirdiyi bildirilib.

Müsadirə olunan gəminin qaçaqmalçılıq yolu ilə silah-sursat apardığı, ələ keçirilən silahlar arasında Rusiya istehsalı olan idarəolunan tank əleyhinə raketlər, minlərlə Çin istehsalı olan "Tip 56” döyüş avtomatları, yüzlərlə "PKM” pulemyotu, snayper tüfəngləri və "RPQ” olduğu deyilib.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az