ABŞ nüvə silahlarını izləyən unikal casus uçaqlarını havaya qaldırdı…-FOTOLAR

ABŞ nüvə silahlarını izləyən unikal casus uçaqlarını havaya qaldırdı…-FOTOLAR

Amerika qitələrarası ballistik raketlərin, o cümlədən nüvə raketlərinin uçuşlarını izləyən unikal "RC-135S Cobra Ball" kəşfiyyat təyyarələrini səmaya qaldırıb.
 
Moderator.az Ukrayna mediasına istinadla  xəbər verir ki, bunu "Flightradar24"  hərbi analitik nəşrinin məlumatı sübut edir.
 
"RC-135S Cobra Ball" təyyarələri Alyaska üzərində səmada olub. "Focus" yazır ki, çox güman ki,  təyyarə uçuş zamanı əlavə yanacaq da doldurub.
 
Sentyabrın 24-də səhər saatlarına olan məlumata görə, hər üç təyyarə səmada olub. İki təyyarə Rusiya Federasiyası ilə sərhəddə olub. Biri ABŞ-ın mərkəzindən uçub.
 
Vaşinqton sonuncu dəfə "RC-135S Cobra Ball" uçaqları 2022-ci ilin aprelində - Rusiya Federasiyası Arxangelsk vilayətində "Sarmat" ballistik raketini sınaqdan keçirərkən havaya qaldırıb.
 
Zəruri arayış:
 
"RC-135S Cobra Ball": təyyarənin xüsusiyyətləri və təyinatı:
 
"Boeing RC-135" ABŞ tərəfindən soyuq dünya müharibəsi zamanı Sovet hava hücumundan müdafiə sistemini izləmək üçün istifadə edilən böyük strateji kəşfiyyat təyyarələri ailəsidir.
 
"RC-135S Cobra Ball" ekipajına ən azı iki pilot, bir naviqator, üç elektron müharibə zabiti, iki hava sistemləri mühəndisi və iki və ya daha çox  göyərtə mütəxəssisi daxildir.
 
"RC-135S Cobra Ball"  ballistik raketləri 450-500 km-ə qədər məsafədə aşkar edir və müşayiət edir. Yüksək dəqiqliklə onlar raket mühərrikinin sönmə anını müəyyən edə, başlanğıc və eniş nöqtələrini hesablaya bilirlər...
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az