28 May – Müstəqillik günündə Azərbaycan torpağında Azərbaycana qarşı mitinq...

28 May – Müstəqillik günündə Azərbaycan torpağında Azərbaycana qarşı mitinq...

28 May – Müstəqillik günündə Azərbaycan torpağında Azərbaycana qarşı mitinq...

"Xocavənd rayon mərkəzindəki mitinqin saat 12:00-dan terrorçu Monte Melkonyanın heykəlinin qarşısından başlanacağı planlaşdırılıb...”
 
Artıq 1 il  6 aydan çoxdur ki, Azərbaycan Respublikasının  Qarabağ iqtisadi rayonunun bir hissəsində Rusiyanın rəsmən "sülhməramlı” adlanan hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin nəzarətində qalan Xankəndi və Xocalı şəhərlərimizdə mayın 28-də "Zartnir, Lao!” tipli anti-Azərbaycan və anti-türk çağırışlarıyla mitinq və yürüşlər keçirilməsi planlaşdırılır.
Moderator.az xəbər verir ki, bu haqda erməni mənbələri məliumat yayıb.
 
Azərbaycanda Respublika gününün, yəni Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ilinin qeyd olunacağı bir gündə Qarabağda separatçı-terrorçu ruhlu ermənilərin keçirəcəyi mitinqdə Ermənistandakı "müqavimət hərəkatı”na dəstək nümayiş etdiriləcəyi bildirilir...
Sosial şəbəkələrdə yayılmış anonslardan da bəlli olur ki, Xocavənd rayon mərkəzindəki mitinqin saat 12:00-dan terrorçu Monte Melkonyanın heykəlinin qarşısından başlanacağı planlaşdırılıb.
 
Xatırladaq ki, Xocavəndin mərkəzində 2021-ci ildə terrorçu faşist Qaregin Njdeyə də abidə qoyulub və Azərbaycan tərəfinin tələblərinə rəğmən Rusiya "sülhməramlı” ordusunun rəhbərliyi həmin abidənin sökülməsini təmin etməyib...
 
Zəruri arayış:
 
"Zartnir, Lao!” -1890-cı illərdə yazılmış məşhur erməni "inqilabi xalq mahnısı”dır. Mahnıda qaniçən "fədai” Arabo vəsf edilir və türklərə qarşı mübarizəyə çağırış edilir...
 
Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az