26 DÖVLƏT RUSİYAYA GÜC NÜMAYİŞİNƏ BAŞLAYIR - Aralarında Türkiyə də var

26 DÖVLƏT RUSİYAYA GÜC NÜMAYİŞİNƏ BAŞLAYIR - Aralarında Türkiyə də var

NATO son 25 ilin ən böyük hərbi təlimi üçün hazırlıqları tamamlayır.

Miq.Az xəbər verir ki, 26 ölkənin iştirakı ilə keçiriləcək "Defender Europe-21” təlimləri 27 may-2 iyun tarixlərində Balkanlarda baş tutacaq.

Təlimlərə qatılacaq NATO ölkələri təchizat və texnikasının əraziyə gətirilməsinə mart ayından başlayıb.

Təlimlərdə iştirak edəcək ABŞ qırıcıları artıq Yunanıstan-Türkiyə sərhədinə eniş ediblər.

ABŞ Dəniz Qüvvələrinin bir hərbi gəmisi təlimlərin 5 paylama mərkəzindən biri olan Albaniyanın Dirac limanına çatıb. Böyük Britaniyanın hərbi gəmisi də yaxın günlərdə limana çatacaq.

Türkiyənin də iştirak etdiyi hərbi təlimlərə 21 NATO ölkəsi ilə yanaşı 5 müstəqil ölkə də qatılır. Təlimlərdə 28 min əsgər iştirak edəcək və proses 12 ölkəni əhatə edəcək.

Gürcüstan, Ukrayna, Kosova, Moldova və Bosniya-Hersoqovina NATO üzvü olmasalar da, təlimlərdə iştirak edəcəklər.

Beynəlxalq analitiklər ABŞ liderliyindəki bu təlimləri Rusiyaya qarşı gövdə nümayişi kimi qiymətləndirirlər.
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az