Hərbçimiz faciəvi şəkildə həlak oldu

Hərbçimiz faciəvi şəkildə həlak oldu

Naxçıvan Muxtar Respublikası ərazisində qulluq edən hərbçi - kapitan Nizami Vahid oğlu Yolçuzadə xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

Miq.Az Modern.az-a istinadən xəbər verir ki, hərbçinin olduğu maşın onu döyüş postuna apararkən dərəyə aşıb.

Məlumata görə, hadisə mərhum hərbçinin məzuniyyətdən sonrakı ilk xidmət günündə baş verib.

Nizami Vahid oğlu Yolçuzadə əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az